Home » “Mercedes-Benz”in səhmi 58 dollara alınır? – Avtomobillərinin orta satış qiyməti 56.200 dollara yüksəlib

“Mercedes-Benz”in səhmi 58 dollara alınır? – Avtomobillərinin orta satış qiyməti 56.200 dollara yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mercedes-in nəqliyyat vasitələrinə tələb də möhkəm olaraq qalıb.

“Mercedes-Benz”in səhmi ilin əvvəlindən bəri 24% azalıb və bazarın digər oyunçuları ilə demək olar ki, eyni sıradadır. Əlbəttə, burada çoxsaylı makro və sənaye əsaslı faktorlar mövcuddur, bu isə səhmlərə təsir edir. Məsələn, Ukraynada müharibə, təchizat qıtlığı problemi, inflyasiyanın yüksəlməsi, iqtisadi aktivliyin yavaşlaması və s. Lakin, şirkətin maliyyə göstəriciləri kifayət qədər möhkəm qalıb. 

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, 2022-ci ilin II rübündə “Mercedes-Benz”in gəliri 7% yüksələrək 36.44 milyard avroya, yaxud 37.25 milyard dollara çatıb. Eyni zamanda, Mercedes-in nəqliyyat vasitələrinə tələb də möhkəm olaraq qalıb, bu isə şirkətə qiymət performansından istifadə etməyə imkan verib.

Forbes-dən deyilib ki, biz təxmin edirik ki, 2022-ci ilin II rübündəki maliyyə ilində Mercedes avtomobillərinin orta hesabla satış qiyməti 55.000  avrodan, yaxud 56.200 dollar yuxarı qalxıb, bir il öncəki periodda isə bu rəqəm 48.000 avro, yaxud 49.071 dollar idi.

Kompaniya, həmçinin, təchizat qıtlığı problemi ilə üzləşdiyi üçün daha çox premium avtomobillərin və aksessuarların çatdırılmasına üstünük verir. Şirkət inflyasiya təzyiqinə baxmayaraq əməliyyat marjalarını da aşağı yuxarı sabit saxlayıb. “Hər səhm üçün qiyməti 68 dollar olaraq hesablayırıq, bu isə bazar qiymətindən 17% çoxdur, – deyə Forbes-dən bildirilib.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.