Home » Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı

Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı

by Aytac
0 comments 0 views 1 minutes read

Yelo Bank-ın artıq üçüncü ildir ki, təşkil etdiyi “OLEY Cup” daxili futbol turniri Avropa Çempionatı qədər rəngarəng anlarla yadda qaldı. Turnirdə iştirak edən 13 komanda arasında bir-birindən maraqlı 39 oyun baş tutdu. Ötən həftə keçirilən möhtəşəm final oyunları ilə 3 aylıq mübarizəyə yekun vuruldu.

Belə ki, III yer uğrunda Bankın “Banker Leverkusen” və “Elmlər” komandaları qarşı-qarşıya gəlib və gərgin mübarizə “Elmlər” komandasının qələbəsi ilə başa çatıb. Sonra isə “Qaradağ” və “Maliyyə” komandaları çempionun kimliyinə aydınlıq gətirmək üçün meydana daxil olublar. Olduqca həyəcanlı və maraqlı keçən final oyununun sonunda “Qaradağ” komandası parlaq qələbə qazanıb və “OLEY Cup 2024” futbol turnirinin çempionu olub. Qaliblərə kubok, medallar və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. İkinci dəfə keçirilmiş “OLEY Cup” futbol turniri növbəti illərdə də təşkil olunacaq.

Bankdan kredit goturmek istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.