Meta-da yeni işçi ixtisarı dalğası: Facebook-un sahibi daha 10.000 nəfər ilə yollarını ayıracaq

Facebook, Instagram, WhatsApp-ın sahibi olan böyük texnologiya şirkəti Meta daha 10.000 nəfər ilə yollarını ayıracaq. Bu isə ikinci ixtisar dalğası olacaq, belə ki, ötən ilin noyabrında şirkət 11.000 nəfəri işdən çıxarmışdı. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Meta-nın rəhbəri Mark Zuckerberg deyib ki, 2022-ci ildə mənfəətlərində dramatik azalma olmuşdur. 

Eyni zamanda o qeyd edib ki, 10.000 işçi ixtisarına rəğmən şirkətdə 5.000 boş iş yeri qalacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır