Texnologiya nəhəngi “Microsoft” fəaliyyət dairəsini genişləndirir. “Microsoft” ilə Finlandiyanın ən böyük enerji şirkəti olan “Fortum” arasında imzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində paytaxt Helsinki yaxınlığında yeni data mərkəzi yaradılacaq.
11 mindən çox vətəndaşı iş yeri ilə təmin edəcək bu data mərkəzi Finlandiyanın özəl şirkətləri və dövlət qurumlarını bulud texnologiyaları üzrə xidmətlər ilə təmin edə biləcək. Yeni data mərkəzi havalandırma sistemi üçün 900 kilometr uzunluğunda boru şəbəkəsinə sahib olacaq. Bu boru şəbəkəsində dövr eliyən isti havanın sirkulyasiyası nəticəsində Helsinki, Espoo və Kauniainen şəhərlərinin istiliklə təmini həyata keçiriləcək.
200-ə yaxın data mərkəzinə malik olan “Microsoft” son olaraq ötən ilin noyabr ayında Gävle, Sandviken və Staffanstorp şəhərlərində data mərkəzlərini istifadəyə verib.