Home » Yaponiyada holoqrafik pos-terminallar sınaqdan keçirilir

Yaponiyada holoqrafik pos-terminallar sınaqdan keçirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ mərkəzli supermarketlər şəbəkəsi 7-Eleven Yaponiyada fəaliyyət göstərən filiallarında innovativ layihə həyata keçirməyə hazırlaşır. Texnologiya nəhəngi “Toshiba” ilə tərəfdaşlıq nəticəsində test mərhələsinə start verilən layihə çərçivəsində, 7-Eleven mağazalarında “Digi POS” sistemi istifadəyə veriləcək.

Rəqəmsal ödənişlər yönümlü “Digi POS” ödəniş aləti vasitəsilə POS terminal interfeysi holoqrafik formatda olacaq və istifadəçinin rahat istifadəsinə uyğun yerləşəcək.

“Digi POS” ödəniş terminalının holoqrafik görünüş texnologiyası və toxunuş sensorları İsveç mərkəzli “Neonode” şirkəti tərəfindən təchiz edilib.

İlkin test mərhələsi 7-Eleven şəbəkəsinin Tokyo şəhərində yerləşən Akasaka Tokyu Plaza filialında başladılıb. Texnologiyanın ilkin görüntüsü ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.