0

Milli Məclisndə “Maliyyə icarəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi parlamentin bugünkü iclasında deputatların müzakirəsinə təqdim olunub.
Bildirilib ki, qanun layihəsi 5 fəsil və 25 maddədən ibarətdir. Sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə bu sahənin hüquqi əsaslarını, eləcə də tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi mexanizmlərini müəyyən edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub.




