Home » Milli valyutalarda hesablaşmalar MDB ölkələrinin iqtisadi suverenliyini gücləndirir – Putin

Milli valyutalarda hesablaşmalar MDB ölkələrinin iqtisadi suverenliyini gücləndirir – Putin

by Zeyneb
0 comments 3 views 1 minutes read

MDB ölkələri arasında qarşılıqlı hesablaşmaların demək olar ki, tam şəkildə milli valyutalarda aparılması artıq reallığa çevrilib.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin birinci yarısında MDB ölkələri arasında ticarət əməliyyatlarında milli valyutaların payı 96 faiz təşkil edib. Prezident qeyd edib ki, Birlik ölkələrində xarici təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturu formalaşır ki, bu da region dövlətlərinin iqtisadi suverenliyini gücləndirəcək və xarici amillərdən asılılığı azaldacaq.

“Bu, digər ödəniş vasitələri və valyutaların istifadəsindən tam imtina demək deyil. Sadəcə olaraq müstəqilliyimizi və suverenliyimizi artırır. Bu, xüsusilə müasir şəraitdə özünü aydın şəkildə göstərir”, – Putin vurğulayıb.

Rusiya lideri əlavə edib ki, ölkəsinin MDB dövlətləri ilə ticarət dövriyyəsi də artmaqda davam edir. 2024-cü ildə bu göstərici 7 faiz artaraq 112 milyard ABŞ dollarına çatıb. Onun sözlərinə görə, ticarət dövriyyəsinin strukturu da dəyişir və yüksək əlavə dəyərli məhsulların payı artır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.