Milyarderlərin artım tempinin ən yüksək olduğu ölkə açıqlanıb

“Forbes” jurnalı son on ildə milyarderlərinin sayında ən çox artım müşahidə edilən ölkələrin reytinq hesabatını tərtib edib. Hesabata görə, 2010-cu ildən bu vaxta qədər dünya ölkələrində milyarderlərin sayı üç dəfəyə qədər artaraq 2095 nəfərə çatıb. Milyarderlərin xalis sərvəti isə sözügedən dövr ərzində 3.5 trilyon dollardan 8 trilyon dollara qədər artıb. Milyarderlərin sayında ən kəskin artım Asiya qitəsi ölkələrində, xüsusilə Çin, Sinqapur və Hindistanda müşahidə edilib.

Beləliklə, siyahıda birinci yerdə Çin Xalq Respublikası qərarlaşıb. 2010-cu ildə cəmi 64 milyarderə sahib olan Çində hal-hazırda 389 milyarder yaşayır. Bu isə on il ərzində 5 dəfədən çox (508%) artım deməkdir. Dünyada ən çox milyarderə sahib olmasına baxmayaraq, ABŞ sözügedən siyahıda ikinci yerdə qərarlaşıb. Belə ki, son on ildə ölkədə 210 nəfər milyarder statusu qazanıb. Bu isə 52%-ə yaxın artım deməkdir. Almaniya isə milyarderlərin sayında iki dəfədən çox artıma nail olaraq 107 milyarder ilə üçüncü yerdə qərarlaşıb. Siyahının ilk iyirmi ölkəsi isə aşağıdakı kimidir:

ÖlkəMilyarderlərin sayı (2010)Milyarderlərin sayı (2020)Artım (nəfərlə)Artım (%-lə)
Çin64389325507.8
ABŞ40461421052.0
Almaniya5210755105.8
Hindistan4910253108.2
Honk Konq256641164.0
Rusiya61993862.3
Braziliya184527150.0
Fransa123927225.0
İsveçrə113524218.2
İtaliya133623176.9
Sinqapur42622550.0
Kanada23442191.3
İsveç 103121210.0
Avstraliya113120181.8
Tayvan183618100.0
Cənubi Koreya112817154.5
Tayland32017566.7
Böyük Britaniya 29451655.2
Filippin21513650.0
İspaniya13241184.6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır