Home » Moody’s konfliktə münasibətini bildirib

Moody’s konfliktə münasibətini bildirib

by bbnadm
0 comment 0 views 1 minutes read

ABŞ mərkəzli beynəlxalq kredit dərəcələndirmə təşkilatı Moody’s gündəmdə olan ABŞ-İran münaqişəsi ilə bağlı rəylərini əks etdirən hesabat yayıb. Agentlik bildirib ki, ötən həftə hava hücumu ilə İranın hərbi lider Qasım Süleymani və digər rəsmilərin öldürülməsi geosiyasi riskləri əhəmiyyətli dərəcədə yüksəldib. Həmçinin, konfliktin daha da böyüməsi nəticəsində regionda yalnız neft və bankçılıq sahəsində deyil,  ticarət münasibətləri və karbohidrogen istehsalında, turizm sektorunda bir sıra təsirlərin müşahidə olunacağı proqnozlaşdırılıb.

“Konfliktin uzunmüddətli dövrdə mövcudluğu geniş iqtisadi və maliyyə şoklarına səbəb ola bilər” – agentliyin baş analitiki Alexander Perjessy bildirib.

Hava hücumundan sonra neft qiymətləri ilə yanaşı, nisbətən aşağı riskli aktivlər olan qızıl və istiqrazların qiymətləri tələbin çoxluğu səbəbindən artıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.