
Qlobal bazarlarda gərginlik pik həddədir: ABŞ dolları həm faiz dərəcələrinin artacağı gözləntisi, həm də investorların təhlükəsiz liman axtarışı nəticəsində kəskin bahalaşaraq rəqiblərini sıxışdırmağa davam edir. Xüsusilə ABŞ Prezidenti Donald Trump və Çin lideri Xi Jinping-in Pekində baş tutacaq kritik görüşü ərəfəsində ticarət müharibələri və geosiyasi risklər fonunda investorlar dollara üz tutur. Fed-in inflyasiya ilə mübarizədə faizləri yüksək saxlayacağı siqnalları və İranla bağlı artan gərginlik Avro və digər əsas valyutaları dollar qarşısında son ayların ən aşağı səviyyəsinə sürükləyib. Bazar iştirakçıları indi Pekindən gələcək xəbərlərə kilidlənib: bu görüş qlobal ticarətdə yeni bir atəşkəsmi olacaq, yoxsa dolların rekord yürüşü daha da sürətlənəcək?




