Home » Moskva metrosunda biometrik texnologiya 88% istifadəçilər tərəfindən bəyənilib

Moskva metrosunda biometrik texnologiya 88% istifadəçilər tərəfindən bəyənilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük metro sistemlərindən birinə malik olan Moskva Metropoliteni 2021-ci ilin 15 oktyabr tarixindən etibarən barmaq izi və üz tanıma funksiyalarını özündə birləşdirən biometrik ödənişləri aktivləşdirib. Bu barədə, Moskva şəhərinin meri Sergey Sobyanin mətbuata açıqlama verib.

Rusiyanın “VTB” banknın təşəbbüsü nəticəsində ərsəyə gələn və “Troika” adı altında fəaliyyət göstərən bu virtual karta istifadəçilər biometrik məlumatlarını daxil edərək ictimai nəqliyyatdan daha sürətli və rahat ödəniş edib keçə bilirlər.

65 min metropoliten işçisi tərəfindən sınaq mərhələsindən keçirilən texnologiya ilə bağlı Moskva metrosu istifadəçilərindən götürülən sorğu nəticələrinə əsasən, hər 10 nəfərdən 9-u yeni texnologiyanı bəyənib. İstifadəçilərin 44%-I bank kartı daşımağa ehtiyac qalmaması, 42%-i innovativliyi, 38%-i isə proseslərin sürətlənməsi səbəbindən bu texnologiyanı dəstəklədiklərini bildirib.

Hazırda sözügedən texnologiya metropolitenin əksər xəttlərində istifadəyə verilib və 170 mindən çox istifadəçi qeydiyyatdan keçib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.