Home » “Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı

“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Nar” 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək bal toplayan ilk 10 abituriyenti dəyərli hədiyyələrlə mükafatlandırıb. Layihə çərçivəsində hər bir tələbəyə “Nar”dan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma tədbirində iştirak edən tanınmış dövlət və media təmsilçiləri ilin ən uğurlu abituriyentlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da gənclərə gələcək təhsil və karyeralarında uğur diləyərək bildirib: “Böyük əzm və zəhmət hesabına əldə etdiyiniz bu yüksək göstəricinizlə siz gələcək abituriyentlərə nümunə oldunuz. İnanıram ki, ali təhsil həyatınızda da biliyinizlə tələbə yoldaşlarınıza örnək olacaq və daha da böyük uğurlar qazancaqsınız.”

“Nar” artıq yeddi ildir ki, ən yüksək bal toplayan abituriyentləri təhsilə daha da motivasiya etmək üçün onları bir araya gətirərək mükafatlandırma mərasimi təşkil edir. Qeyd edək ki, korporativ sosial məsuliyyət yanaşmasının bir hissəsi kimi təhsilə strateji diqqət “Nar”ın həm fərdlərə, həm də daha geniş ictimaiyyətə müsbət və davamlı təsir yaratma bağlılığını vurğulayır. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.