Home » NASA “James Webb” kosmik teleskopu ilə çəkilən ilk şəkil və hesabatları paylaşdı – Foto

NASA “James Webb” kosmik teleskopu ilə çəkilən ilk şəkil və hesabatları paylaşdı – Foto

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

NASA, Avropa Kosmik Agentliyi, Kanada Kosmik agentliyinin birgə maliyyə dəstəyi ilə (10 milyard dollar) astronomiya elmində yeni başlanğıcın əsasını qoyacaq “James Webb” kosmik teleskopu ilə çəkilən ilk fotoları 12.07.2022-ci ildə ictimaiyyət ilə bölüşüb.

BBN.az NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk rəngli şəkillər və hesabatlar NASA-nın Grinbeltdə yerləşən televiziya yayımı ilə elan edilib. Şəkillər NASA, Avropa Kosmik Agentliyi, Kanada Kosmik agentliyinin və Kosmik Teleskop Elmi İnstitutu tərəfindən seçilib. Bu ilk şəkillər dünyanın ən böyük və ən güclü teleskopu “James Webb”in gücünü göstərir və missiyasını davam etdirməkdə (Yer planetindən kənar) qərarlıdır.

NASA-nın rəsmisi Bill Nelson şəkillərin təqdimatı ilə bağlı çıxış etdiyi televiziya yayımında xatırladıb ki, “hər bir şəkil yeni kəşfdir və bəşəriyyətə mövcudluq haqqında əvvəl heç vaxt görülməyən yeni baxış bucağı verir”. 

Alimlər bildirirlər ki, yeni şəkillər kosmosu daha dərindən görməyə kömək olacaq. NASA-dan qeyd edilib ki, çəkilən şəkillər Günəş sistemindən 1000 işıq ili qədər uzaqdadır və qazdan təşkil edilmişdir və Yupiter planetinin yarısı qədərdir. WASP-96b adlandırılan ulduzlar planeti 2014-cü ildə kəşf edilmişdir. “James Webb”in çəkdiyi şəkillərə qədər isə ulduzlar planeti haqqında daha detallı məlumatlar əldə edilməmişdir.

Çəkilən şəkillərdə 1877-ci ildə kəşf edilən Stephan’s Quintet adlandıırlan qalaktika qrupu da var. Burada olan ulduzlar qrupu Günəşdən də böyükdür. “James Webb”in məqsədi isə Yer planetindən kənar potensial həyatın olması ilə bağlı araşdırmanın aparılmasıdır. “James Webb” kosmik teleskopu 2021-ci ilin dekabrın 25-də kosmosda yerləşdirilib. 6 ay davam edən sınaqdan sonra, NASA rəsmiləri bildirmişdilər ki, teleskop elmi əməliyyatları davam etdirməyə hazırdır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.