
Bu ilin yanvar–fevral aylarında Naxçıvan Muxtar Respublikasında 223,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 % artım deməkdir.
Son bir ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri də 1 % artaraq 474 manat təşkil edib.
Xatırladaq ki, bu ilin ilk iki ayında Azərbaycanda ümumilikdə 18 milyard 473,1 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Son bir ildə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri-neft-qaz sektorunda isə 1,4 % artım qeydə alınıb.




