
Bu ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə 30 121 şəxs müraciət edib.
BBN.az xəbər verir ki, mərkəzlərdə vətəndaşlara vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari ödəmələr və digər məsələlərlə bağlı ümumilikdə 40 897 xidmət göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.
Ümumi xidmətlərin 86 faizi əsasən aşağıdakı 9 istiqaməti əhatə edib:
-
Bəyannamələrin və cari vergi ödəmələrinin təqdim edilməsi
-
Sadələşdirilmiş vergi, sosial və tibbi sığorta ödənişləri üçün qəbzlərin verilməsi
-
“ASAN İmza” sertifikatlarının təqdim olunması
-
Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması
-
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi
-
Müxtəlif arayışların verilməsi
-
Vergi ödəyicisinin fəaliyyətinin bərpası
-
Fiziki şəxsin uçotdan çıxarılması
-
Əmək müqaviləsi üzrə elektron əməliyyatlar
Hesabat dövründə vergi ödəyicilərinə 663 309 məlumatlandırıcı bildiriş göndərilib, 77 görüş keçirilib, 323 ünvanlı xidmət göstərilib. Bundan əlavə, 2 318 müraciət əsasında 4 133 “ASAN İmza” sertifikatı təqdim olunub.







