Home » Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 31.552 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 43.452 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərinə 112.915 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 45 görüş keçirilib, 267 sayda ünvanlı xidmət göstərilib. İlin əvvəlindən 6.273 müraciət üzrə 11.237 Asan İmza sertifikatı verilib.

Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən noyabrın 1-dək ümumilikdə 10.499 şəxs qəbul edilib və onlara 15.465 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3,1 dəfə çoxdur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.