Home » Naxçıvanda yeni kreditlər 389 milyon manata çatıb – istehlak kreditlərinin payı azalır

Naxçıvanda yeni kreditlər 389 milyon manata çatıb – istehlak kreditlərinin payı azalır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar–sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 389 milyon manat həcmində yeni kredit verilib.

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Naxçıvan idarəsi yayıb.

Rəqəmlərə əsasən, yeni kreditlərin 65,7%-i istehlak kreditlərinin payına düşüb. Bu göstərici 2021-ci ilin eyni dövründə 81,8% təşkil edirdi.

AMB bildirir ki, istehlak kreditlərinin payının azalması kreditləşmədə diversifikasiyanın artdığını göstərir. Digər kredit növlərində ciddi yüksəliş qeydə alınıb:

  • Sənaye kreditləri: 5,2%-dən 14,7%-ə yüksəlib

  • Ticarət və xidmət kreditləri: 2,1%-dən 12,5%-ə artıb

  • İpoteka kreditləri: 2,9%-dən 2%-ə enib

Məlumatda qeyd olunur ki, 2021–2025-ci illərin 9 aylıq dövrlərinin müqayisəsi kredit portfelinin daha balanslı şəkildə formalaşdığını, real sektorun – xüsusilə sənaye, ticarət və xidmət sahələrinin kreditləşməsində artım olduğunu təsdiqləyir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.