Home » Neft bazarı stabilləşməyə davam edir – PROQNOZ

Neft bazarı stabilləşməyə davam edir – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının kəskin təsirlərinin müşahidə olunduğu neft bazarında stabilləşmə və inkişafa doğru meyillər gözləniləndən daha sürətlə ortaya çıxır. Bu barədə məlumatı Beynəlxalq Enerji Agentliyi (IEA)  yayıb.

Paris mərkəzli qurum hesabatında müsbət tendensiyanın neft hasilatının kəskin azaldılması ilə əlaqələndirib. Belə ki, hesabatda cari il üçün neft hasilatı göstəricisinin son 9 ilin ən aşağı səviyyəsində olduğu vurğulanıb. OPEC və tərəfdaş ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının neft hasilatını azaltmağa qərar verməsi neft bazarının dirçəlməsinə böyük töhfə göstərəcək.

Bununla belə, neft bazarında tələb göstəricisi hələ də qənaətbəxş səviyyəyə çatmayıb. Koronavirus pandemiyası səbəbindən neft və neft məhsullarına olan tələbin kəskin azalması neft qiymətlərinin tarixi geriləməsinə səbəb olsa da, bir sıra ölkələrin pandemiyanı nəzarətə alması və karantin rejimini yumşaltması ilə neftə olan tələb qismən də olsa yüksəlməyə davam edir. IEA beynəlxalq bazarda neftə olan gündəlik tələbin ikinci rübdə 3.2 milyon barel artaraq, 79.3 milyon barelə çatacağını proqnozlaşdırıb. Bununla belə, sözügedən göstəricini 2019-cu ilin ikinci rüb göstəricisi ilə müqayisə etdikdə 20% daha aşağı olduğunu müşahidə edə bilərik.

Eyni zamanda, ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) xam neft qiymətlərinin 2020 və 2021-ci illər üzrə proqnozunu yüksəldib. “Brent” markalı xam neftin qiymət proqnozlarını 2020-ci il üçün 33 dollardan 34.13 dollara, 2021-ci il üçün isə 45.62 dollardan 47.81 dollara artırıb. “WTI” xam neft brendinin qiymət proqnozları 2020 və 2021-ci illər üçün müvafiq olaraq 29.34 dollardan 30.1 dollara və 41.12 dollardan 43.31 dollara qaldırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.