İqtisadi tənəzzül qorxusundan dolayı neft bazarı aşağı enir, cümə günü xam neftin qiyməti yanvardan bu yana (son 8 ayda-red.) ilk dəfə 1 barrelə görə 80 dollardan düşüb.
BBN.az bu haqda CNN Business-ə istinadən xəbər verir.
Yaxşı xəbər budur ki, neftin qiymətlərinin düşməsi, təbii qazın qiymətlərini aşağı sala bilər. Bu isə müştəriləri narahat edən inflyasiyanın azaldılmasına kömək ola bilər. Lakin pis xəbər isə budur ki, neftin qiymətlərinin kəskin enməsi investorları iqtisadiyyatın gələcək yönü barəsində narahatlıqlarının artmasına səbəb ola bilər.
Belə ki, neftin qiyməti cümə günü nə az, nə çox düz 5.7% enib və 78.73 barrel olub. Bu isə yanvarın 11-dən bu yana gün ərzində ən aşağı rəqəm olub.
Qeyd edək ki, neftin qiymətləri Rusiyanın Ukraynanı işğalından sonrakı 1 aydan sonra, yəni martda 130 dollar olub, azalma isə bu günə qədər 40%-dən çoxdur.