Home » Netflix-in abunəçilərinin sayı ilin birinci rübündə 37 milyon artıb

Netflix-in abunəçilərinin sayı ilin birinci rübündə 37 milyon artıb

by yunus
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Netflix bu ilin birinci rübü üçün balans hesabatını açıqladı.

Buna görə BBN.az xəbər verir ki, şirkətin ilin ilk rübündəki gəliri üzvlük artımları və qiymətlər səbəbiylə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən  15 faiz artaraq 9,4 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 8,2 milyard dollar olaraq qeyd edilib.

Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 79 faiz artaraq 2,3 milyard dollara çatıb. Netflix-in keçən ilin ilk rübündə xalis mənfəəti 1,3 milyard dollar olub.

Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 2,88 dollardan 5,28 dollara yüksəlib.

Netflix abunəçilərinin sayı ilin birinci rübündə təxminən 37 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı artaraq 269,6 milyon nəfərə çatıb.

İlin ikinci rübü ilə bağlı proqnozlarını açıqlayan Netflix, gəlirinin 9,5 milyard dollar, xalis mənfəətinin isə təxminən 2,1 milyard dollar olacağını gözlədiyini qeyd etdi.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.