Home » Niyə bazarlar üçün FED-in “Jackson Hole”dakı illik görüşü vacibdir?

Niyə bazarlar üçün FED-in “Jackson Hole”dakı illik görüşü vacibdir?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Hər ilin avqust ayında ABŞ-ın Mərkəzi Bankı (FED) dünyanın aparıcı iqtisadçılarının və qanun yaradıcılarının iştirakı ilə kiçik görüş təşkil edir. İllik təşkil edilən görüşdə ancaq 120 nəfər iştirak edir. Görüş çərçivəsində müxtəlif çıxış və müzakirələr aparılır, medianın qanunu ərsəyə gətirənlər ilə əlaqəyə keçməsinə şərait yaradılır.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, bu Kansas şəhərində FED-in İqtisadi Siyasət Simpoziumunu Mərkəzi Bankın müşahidəçiləri və uzaqdan gələn investorlar üçün vacib edir. 

Simpoziumda nə baş verir?

Əsasən avqustun sonlarına doğru təşkil edilən görüş 3 gün davam edir və cümə axşamından etibarən (bu il avqustun 25-27 əhatə edəcək-red.) axşam yeməyi ilə başlayır. Növbəti gün isə görüş FED-in rəsmilərinin iştirak etdiyi çıxışlar ilə başlayır, daha sonra onları başqa natiqlər izləyir, bundan sonra isə panel müzakirələri olur. 

Bir çox vacib ölkələrin Mərkəzi Banklarının rəhbərlərinin, məsələn, Avropa, Yaponiya, İngiltərə Mərkəzi Bankının və digər tanış simaların iştirakı baş tutur, tədbir onlara üzbəüz müzakirələr aparmağa, “Jackson Hole”un konfrans otağından kənarda danışmağa imkanlar verir. Ən vacib nüans odur ki, FED-in rəsmiləri medianın suallarını cavablandırırlar, bu isə iqtisadi vəziyyəti yaxından izləyən insanlar üçün qanun yaradıcılarının gələcəkdə hansı axını izləyəcəkləri barədə fikir verir. 

İqtisadçılar ilə yanaşı, siyasətçilər də FED-in illik görüşünü yaxından izləyənlərin sırasındadırlar. Məsələn, sabiq prezident Donald Tramp inanırdı ki, FED-in illik görüşü məhz yeni qərarların qəbul edilməsi üçündür.

Həmçinin, gözlənilən FED görüşü ilə bağlı olaraq səhmlərin dəyərində dəyişikliklər müşahidə olunur, valyuta bazarları da buna qeydsiz qalmır. 

İllik görüş FED tərəfindən 2019-cu ildən bəri təşkil edilir, pandemiya zamanı 2020 və 2021-ci illərdə isə onlayn formatda təşkil edilmişdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.