Home » Niyə İsveç vətəndaşları dünyada yüksək vergilərin olması ilə fəxr edirlər?

Niyə İsveç vətəndaşları dünyada yüksək vergilərin olması ilə fəxr edirlər?

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Onlar vergiləri ödəməyin əleyhinə deyillər. Məsələn, aşağıda bu fikirdə olan bəzi İsveç vətəndaşlarının fikirləri yer alır. 

“Mən vergiləri ödəməyi sevirəm”, “vergi ödənişlərini etmək lazımlıdır”, “çox olsa da, vergi ödənişlərimi ödəməyi sevirəm, çünki bu həm də faydalıdır, sənin cibinə geri qayıdır. Əgər çox ödəyirsənsə, geri alırsan”, “müxtəlif sahələr – təhsil, səhiyyə, kitabxana xərcləri, nəqliyyat ilə bağlı və s. görə ödəniş alırsan, nəyə görə də yox?”, “mən nə qədər vergi ödədiyim haqqında düşünmürəm, çünki fikrimcə, sistem çox yaxşı işləyir”.

İsveç yüksək yaşayış standartlarının olduğu ölkə kimi tanınır və onların məsuliyyətli vergi ödəyiciləri olmasına kömək olur.

“İsveç dünyada yüksək vergi haqlarının olduğu ölkədir, həqiqət budur ki, vergi sistemi bir qədər mürəkkəbdir. Amma ölkənin proqressiv vergi sistemi vardır. Yüksək gəlir əldə edən insanlar, İsveç hökumətinə daha çox vergi ödəyirlər, daha az qazananlar isə daha az. Vergi pullarının böyük hissəsi təhsil, uşaqların sağlamlığının qayğısına, valideynlərin dəstəyinə xərclənir. İsveçin Vergi Agentliyi insanların ən çox etibar etdiyi institutlardan biridir”, – deyə İsveç mədəniyyəti haqqında yazan Sofi Deveaux bildirir. 

Sosialist, Eda Norberg: “Mən phd (fəlsəfə doktoru-red.) təhsilimi Şotlandiyada aldım, daha sonra isə doğma vətənim İsveçə geri qayıtdım. Tədqiqatlara baxdıqda, görə bilərsiniz ki, İsveç hökumətinin özü də insanların yüksək vergilər ödəməsini dəstəkləyir. Dövlətin bu dəstəyindən əhalinin hər bir nəfəri istifadə edə bilər”.

Texnologiya şirkətində biznes menecer çalışan, 32 yaşlı, 2 uşaq atası, Perklingweld deyir ki, “mənim bir neçə universitetdən diplomum var. 6 illik təhsil üçün heç bir ödəniş etməmişəm, bu mənə pulsuz başa gəlib. Körpələrimizi uşaq bağçasına qoymuşuq, bu bizdən ayda 180 dollar alır. Biz xəstə olacağımızdan dolayı, sığorta ilə bağlı problemlərdən narahat deyilik. Uşaqlarımız çox sakit bir mühitdə böyüyürlər, çünki onlar görürlər ki, valideynləri də gələcək haqqında narahat deyillər. Dövlət hər-hansı bir hadisə baş verərsə, bizim maliyyə təhlükəsizliyimizi təmin edəcək. Əlbəttə, mənim bəzi dostlarım var ki, onlar yüksək vergi haqlarının olmasından xoşbəxt deyillər, amma mən belə düşünmürəm. Bu gün dünyada rəqəmsalllaşma, miqrasiya halları, urbanizasiya və s. kimi böyük trendlər baş verir, qarşıdakı onillikləri proqnoz etmək çətindir, amma bu ölkədə cəmiyyətin dövlətə inamı böyükdür. İnanırıq ki, ictimai sektor bizim pullarımız ilə uzunmüddətli dövrdə böyük işlər görəcək”. 

Mənbə: BBC Reels

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.