Home » Növbəti “KOB Dostu” Mingəçevirdə

Növbəti “KOB Dostu” Mingəçevirdə

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznes Dostu (“KOB Dostu”) Mingəçevir şəhərində fəaliyyətə başlayıb.

Bununla bağlı martın 2-də KOBİA-nın təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək tədbirləri, “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. “KOB Dostu” ilə fəal əməkdaşlıq Mingəçevirdə və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə Mingəçevirdə KOB Dostu Ayaz Adilov sahibkarlara təqdim edilib, KOBİA-nın fəaliyyətinə və “KOB Dostu” mexanizminə dair video çarxlar nümayiş olunub.

Sonra tədbir iştirakçıları Mingəçevir Gənclər Evində fəaliyyət göstərəcək “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarların müraciətlərinin qəbulu, informasiya, məsləhət, maarifləndirmə, təlim-tədris və s. xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Mingəçevir “KOB Dostu” ofisində də “KOB könüllüləri”nin fəaliyyəti nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.