Home » Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?

Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə hansı tədbirlər nəzərdə tutulub?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Haqqı ödənilən ictimai işlər proqramına cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün bu il respublika üzrə mütəmadi monitorinqlər aparılacaq.  Proqrama qanunsuz cəlb olunma hallarının aşkar olunması məqsədilə ictimai işçilərin hazırda xarici ölkədə və ya fərdi sahibkar kimi qeydiyyatda olub-olmamaları müvafiq elektron sistemlər üzərindən yoxlanılacaq.

 Bu tədbirlər Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərə nəzarətin təmin edilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı”nda yer alıb.

İctimai işçilərin işə davamiyyətinin yoxlanılması və bu sahədə səmərəli monitorinqin qurulması üçün DOST mərkəzlərinin xidməti ərazilərində monitorinqlər həyata keçirməsi nəzərdə tutulub.

Əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət təşkil edilməklə, bu kartların hazırda özlərində olub-olmaması da seçmə üsulla yoxlanılacaq.  

Eyni zamanda, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə KİV-ə mütəmadi məlumatlar veriləcək. Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin iş yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq.

Tədbirlər Planında  monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.