13
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemlərinin statistikası – avqust 2023-ü açıqlayıb. Məlumata əsasən sentyabrın 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib. Müvafiq dövrə nəzərən isə ölkədaxili nağdsız əməliyyatlar 2 dəfə artıb.
BBN.az həmin statistikanı təqdim edir.