Oktyabrda xam neft hasilatı 547,2 min barrel olub

2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barrel olub. Hasil olunan neftin 547,2 min barrelini xam neft, 116,6 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır