Home » Olimpiadalara xüsusi hazırlıq proqramından 3 region üzrə 90 şagird yararlanıb

Olimpiadalara xüsusi hazırlıq proqramından 3 region üzrə 90 şagird yararlanıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində riyaziyyat və informatika fənni üzrə respublika və beynəlxalq olimpiadalara xüsusi hazırlıq proqramı həyata keçirilir. Artıq Quba, Şəki və Gəncə olmaqla 3 regionun FRİTL-ində  (Fizika, riyaziyyat, informatika təmayüllü liseydə) ümumilikdə 90 nəfər 7 və 8-ci sinif şagirdlərinə fənn olimpiadaları üçün hazırlıq təlimləri təşkil olunub. Təlimlər 2023-cü ilin  aprel ayından başlayaraq 6 ay müddətində hibrid formada davam edib. Xüsusi hazırlıq proqramını bitirən 15 nəfər Respublika Fənn Olimpiadalarında finalçı olaraq yer tutublar. Onlardan 5 nəfər isə Türkmənistanda keçirilən beynəlxalq olimpiadada iştirak haqqı əldə edib.

5 mart 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva olimpiada iştirakçıları ilə görüşüb və gəncləri əldə etdikləri akademik nailiyyətlər münasibətilə təbrik edib. Görüşdə olimpiadaçılar öz gələcək təhsil və karyera hədəfləri ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, olimpiadalara xüsusi hazırlıq proqramı proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir. Əsas məqsəd perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq,  bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.