0

Azərbaycan bank sektoru üzrə faiz gəlirləri bu ilin oktyabr ayının əvvəlinə 3 milyard 667 milyon manat təşkil edib. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
BBN.az xəbər verir ki, rəsmi statistikaya əsasən, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 783,4 milyon manat və ya 27,2% artım deməkdir.
Mərkəzi Bankın məlumatına görə, cari ilin əvvəlində bankların faiz gəlirləri 3 milyard 969 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 2 milyard 883,4 milyon manat səviyyəsində olub.







