Home » Ölkəmizdə rəqəmsal ödəniş ekosistemində postpandemiya dövründə hansı yeniliklər gözlənilir? – ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov – MÜSAHİBƏ

Ölkəmizdə rəqəmsal ödəniş ekosistemində postpandemiya dövründə hansı yeniliklər gözlənilir? – ABA-nın ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov – MÜSAHİBƏ

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Postpandemiya dövründə ödəniş ekosisteminin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində Azərbaycan Respublikası Mərkəzi Bankının drayver rolu bir neçə istiqamətdə müşahidə ediləcəkdir. Burada nəzərə alınmalıdır, cari il “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası baxımından sonuncu ildir. Cari ilin yekununa açıq qalan bir sıra layihələrin realizasiyası gözlənilir. İlk növbədə qabaqcıl beynəlxalq təcrübədən irəli gələrək maliyyə bazarlarında mövcud iştirakçıların fəaliyyəti genişləndirilərək zəruri tənzimləmə və nəzarət çərçivəsi formalaşdırılması, paralel olaraq yeni ödəniş xidməti təchizatçılarının maliyyə bazarlarına daxil olması üçün artıq uzun müddətdir hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri” haqqında qanun layihəsinin qəbul olunması gözlənilir”.

Mütəxəssis bildirib ki, qanun layihəsinin qəbul edilməsi ödəniş alətləri sahəsində innovativ alətlərin tətbiq edilməsinə imkan verəcək: “Beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki zamanında geniş istifadə olunan ödəniş alətləri nümunə olaraq çeklərlə istifadə getdikcə azalmağa doğru gedir və bir sıra ölkələrdə artıq dövriyyədən çıxarılır. Belə bir gedişat fonunda formalaşdırılacaq qanunvericilik bazası elektron pulun ödəniş aləti olaraq istifadəsi üçün zəruri hüquqi bazanı təmin edəcəkdir. Paralel olaraq, Mərkəzi Bankın operatoru olduğu yeni ödəniş sisteminin Ani ödənişlər sisteminin istismara verilməsi gözlənilir. Rəqəmsal ödənişlərində vəsait alanların pul vəsaitlərini saniyələr ərzində əldə etməsinə imkan verəcək Ani Ödənişlər Sistemi 24/7 prinsipi əsasında fəaliyyət göstərəcəkdir”.

Tamerlan Rüstəmov qeyd edib ki, rəqəmsal ödənişlərin inkişafının davamlı bir proses olmasının təmin edilməsi üçün məsafədən bank hesablarının açılması üzrə mövcud çatışmazlıq aradan qaldırılmalıdır: “Belə ki, məsafədən bank hesablarının açılması ilə bağlı “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda zəruri prosedurların müəyyən edilməsinə baxmayaraq, bu mexanizm işlək vəziyyətdə deyil. Bank hesablarının açılması zamanı vətəndaşlardan xarici bank hesabları haqqında FATCA və CRC hesabatlığının kağız daşıyıcılar əsasında tələb edilməsi mövcud prosesin rəqəmsal formada qurulmasına mənfi təsir göstərir. Məhz bu çatışmazlıq qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq rəqəmsal formada təmin edilməli, bu prosesdə gücləndirilmiş elektron imza ilə yanaşı digər autentifiasiya vasitələrindən istifadə edilməlidir”.

“Ödəniş kartları bazarında tokenizasiya xidmətinin tətbiqi genişləndirilməli, həmçinin ödəniş terminalları sahəsində mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi imkanı yaradılmalıdır.Pandemiya dövrünün rəqəmsal ödənişlər üçün bir sınaq dövrü olduğunu nəzər salsaq, ümumən postpandemiya dövründə həyata keçiriləcək islahatlar bu sahədə rəqəmsallaşmanın daha da dərinləşməsinə, ödənişlərdə zaman məfhumunun aradan qaldırılmasına, məsafədən xidmətlərin genişləndirilməsinə yönəlməlidir”,– deyə o, əlavə edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.