Home » Ölkənin elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bankı məlum olub

Ölkənin elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bankı məlum olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Unibank “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib.

Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təqdim olunub. 2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.

Unibank hazırda yüz minlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Bankın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və MasterCard kartlarına sahib olan şəxslər asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edə bilirlər.

“Unibank” bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Unibank- hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.