Home » Ölkəmizin beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib – Foto

Ölkəmizin beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib – Foto

by anar
0 comment 0 views 2 minutes read

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.

Məlum olduğu kimi, keçən ilin sentyabr ayından etibarən Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi” (“National Cybersecurity Index”) üzrə yeni qiymətləndirmə kriteriyalarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb. Hazıradək adıçəkilən indeks üzrə 42 ölkənin qiymətləndirilməsi həyata keçirilib.  AKTA-nın tədqiqat komandası tərəfindən mütəmadi əsaslarla yeni indikatorlar üzrə əlavə araşdırma aparılıb və müvafiq məlumatlar sistemləşdirilərək yeni kriteriyalar üzrə nəzərə alınması üçün təqdim edilib.

Beləliklə, hazıradək 42 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikasının göstəricisi 70.83 bala yüksəlib. Nəzərə alınmalıdır ki, bu nəticə hazıradək ölkəmiz tərəfindən əldə olunmuş əvvəlki ən yüksək balı (66.67 balı) üstələyib və ölkəmiz beynəlxalq reytinqdə 13-cü pillədə qərarlaşıb. Qeyd edək ki, son 2 ay ərzində siyahıya 11 yeni ölkənin nəticələri əlavə edilib və beynəlxalq reytinqin qiymətləndirmə miqyası genişləndirilib.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, qiymətləndirmənin əsaslandığı bütün indikatorlar üzrə ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda AKTA tərəfindən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.

Məlumat üçün qeyd olunmalıdır ki, “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.

Ölkəmizin adıçəkilən beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçidlər vasitəsilə ətraflı tanış ola bilərsiniz:

1. Ümumi siyahı: https://ncsi.ega.ee/ncsi-index/?order=rank

2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.