Home » OPEC+ ölkələrinin dekabrın 4-dəki iclasında nə gözlənilir?

OPEC+ ölkələrinin dekabrın 4-dəki iclasında nə gözlənilir?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Neftin qiymətləri Çinin TOP xam neft idxalçılarına güc fonunda təzyiq altındadır.

23 neft istehsal edən ölkələrin təşkilatı OPEC+ bazar günü, dekabrın 4-də keçirilməsi gözlənilən iclasında istehsalı sabit saxlamaqla bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılır. Bildirilir ki, bazar daha çox Rusiya xam neftinə qoyulan sanksiyaların təsirlərinə hazırlaşır.

Bununla yanaşı, Amerika mətbuatında isə bu fikir var ki, təşkilat neft istehsalının azaldılması ilə bağlı qərar qəbul edəcək ki, bu da ölkədə benzinin qiymətlərini yüksəldəcək.

OPEC+ neft istehsalçılarının toplanmasına səbəb isə dünyanın ən böyük ikinci iqtisadiyyatının olduğu və top xam neft idxalçısı olan Çində koronavirusdan dolayı qapanmaların davam etməsi və hökumətin “0 COVID” strategiyası ilə bağlıdır.

Dünya neftinin üçdə ikisi üçün etalon olan Brent markalı neft, OPEC+-ın qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar fonunda gündəlik ümumi hasilatı 2 milyon barrel azaltmaq qərarına gəldiyi 5 oktyabr iclasından sonra təxminən 10% ucuzlaşıb.

Qeyd edək ki, OPEC+ oflayn keçirilməsi planlaşdırılan görüşünü onlayna dəyişib və investorlar isə bu fikirdədirlər ki, bu dəfə təşkilat ciddi bir qərar qəbul etməyəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.