Home » ABŞ-da benzinin qiyməti fevraldan bu yana ən aşağı səviyyəyə enib

ABŞ-da benzinin qiyməti fevraldan bu yana ən aşağı səviyyəyə enib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“ABŞ-da benzinin qiyməti fevraldan, Rusiyanın Ukraynaya hücumundan bu yana ən aşağı səviyyədədir və bir çox ərazilərdə benzinin 1 qallona görə qiyməti 3 dollardır ki, bu da bir çox amerikalıların cibinə uyğundur”.

BBN.az ABC News TV-yə istinadən xəbər verir ki, bu haqda televiziyanın iqtisadiyyat üzrə müxbiri bildirib. 

Onun sözlərinə görə, hazırda qiyməti aşağı saxlayan bir çox faktorlar var, belə ki, bayram tətili mövsümünə hələ çox var və hazırda insanlar daha az səyahət edirlər: “Eləcə də Çində COVID qapanmalarından dolayı normaldan daha az neft və benzindən istifadə edirlər”. Amma o, qeyd edib ki, qiymətə təsir edən bir sıra iqtisadi və siyasi proseslər olacaq: “Belə ki, dekabrın 4-də OPEC+ ölkələrinin növbəti iclası gözlənilir ki, burada iri neft istehsalçıları istehsalın azaldılması ilə bağlı qərar qəbul edəcəkləri proqnozlaşdırılır. Bu da benzinin qiymətinin yüksəlib, azalmasına təsir edəcək”.  Mütəxəssis əlavə edib ki, ABŞ və Avropa isə Rusiya neft və təbii qazından asılılığı azaltmaq üçün danışıqları davam etdirirlər, bu da qiymətlərin yüksəlməsinə təsir edən amillər sırasındadır. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.