Home » Orxan Məmmədov: “Yaxın günlərdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanacaq”

Orxan Məmmədov: “Yaxın günlərdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanacaq”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Startap” şəhadətnaməsi ilə bağlı yenilik gözlənilir. Yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu ATV telekanalının “İqtisadi zona” verilişinin qonağı olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov əlavə edib ki, bu şəhadətnamələri alan startaplar 3 il vergidən azad ediləcək: “Startap” şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 il müddətinə azad edəcək. Yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılması üçün onlayn satış platformasının istifadəyə verilməsi planlaşdırılır”.

KOBİA rəsmisi kiçik və orta biznes sahəsindəki başqa yeniliklərdən də məlumat verib: “Digər bir yenilik onlayn təlim platforması ilə bağlıdır. 2021-ci ildə KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün onlayn videotəlim platfoması istifadəyə veriləcək. Müasir təşkilati iqtisadi model olan klasterləşmə sahəsində də KOB-lara institusional dəstəyin göstərilməsi nəzərdə tutulur. KOBİA tərəfindən KOB klaster şirkətinə və KOB klaster iştirakçılarına şəhadətnamə veriləcək ki, bu onları bir sıra vergilərdən azad edəcək”.

Xatırladaq ki, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır və “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.