Ötən həftə ərzində 126 fermer təlimlərə cəlb olunub

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən Goranboy rayonundakı fermer təsərrüfatında keçirilmiş təlimdə 25 nəfər, Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təşkil olunmuş təlimdə 17 nəfər, Ucar DAİM-dəki təlimdə 23 nəfər, Qobustan rayonunda tarla şəraitində baş tutmuş təlimdə 21 nəfər, Şamaxı DAİM-dəki təlimdə isə  15 fermer  iştirak edib.

Həftə ərzində Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən torpaq mülkiyyətçilərini əhatə edən təlimdə 13 nəfər, Aqrar Xidmətlər Agentliyi tərəfindən isə  Salyanda  təsərrüfat şəraitində keçirilmiş təlimdə 12 nəfərin iştiraki təmin olunub. Ümumilikdə, həftə ərzində keçirilmiş 7 təlimdə 126 fermer iştirak edib.

Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.

Təlimlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır