2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt·st, yaxud 7.9 faiz artması deməkdir.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 mln. kVt·st artaraq 2450,3 mln. kVt·st, SES-lərdə 3,4 mln. kVt·st artaraq 81,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVt·st azalaraq 24,7 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 6,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2333,5 mln. kVt·st (İES-lərdə 2256,2 mln. kVt·st, SES-lərdə 77,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVt·st (İES-lərdə 23,27 mln. kVt·st, SES-lərdə 2,86 mln. kVt·st, GES-də 3,04 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVt·st təşkil edib.
Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVt·st artıb. Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVt·st azalıb.