Home » Warren Buffett “fintech” səhmlərinə yönəlib

Warren Buffett “fintech” səhmlərinə yönəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Warren Buffett tərəfindən təsis edilən və 648.91 milyard dollarlıq bazar kapitalizasiyası ilə 2021-ci il üzrə şirkətlərin dünya sıralamasında 9-cu yerdə qərarlaşan “Berkshire Hathaway” səhm portfelində kəskin dəyişikliklərə gedib.

Yaxın günlərdə şirkət tərəfindən ictimaiyyətə açıqlanan hesabata əsasən, şirkət 1.8 milyard dollarlıq “Visa” və 1.3 milyard dollarlıq “Mastercard” səhmlərinin satışını həyata keçirib. Bununla da, balansına 3.1 milyard dollarlıq likvid vəsait əlavə edən şirkətin satınalmalarında əsas nəzərə çarpan məqam “Nubank” olub.

Daim “Bitcoin” və digər kriptovalyutaların əleyhinə çıxış etməsinə baxmayaraq, Buffettin kriptovalyuta dəstəkli “Nubank” neobankının 40 milyon səhmini alması maraq doğurub. Ümumilikdə, 1 milyard dollar məbləğində qərarlaşan bu satınalmanın nəticəsində Braziliya mərkəzli “Nubank”  bazar kapitalizasiyasını 52 milyard dollara yüksəldib.

FXStreet

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.