Home » Ötən il bank və sığortaçıların əldə etdiyi dividendin həcmi məlum olub

Ötən il bank və sığortaçıların əldə etdiyi dividendin həcmi məlum olub

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ildə Azərbaycan bankları səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 20 % azdır.

AMB rəsmisi xatırladıb ki, ötən il bank sektoru 1,2 milyard manata yaxın xalis mənfəət əldə edib, sektorun ROA əmsalı (aktivlərin gəlirliliyi) 2,1 %, ROE əmsalı (kapitalın gəlirliliyi) isə 18,2 % təşkil edib.

Həmçinin qeyd edilib ki, sığorta sektoru üzrə əldə edilən mənfəətin həcmi 166 milyon manat olub. Sığorta şirkətlərinin səhmdarına ödənilən dividendin həcmi isə 133 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.