Home » Özbəkistan təbii fəlakətlərdən sığortalanma üzrə milli strategiya hazırlayır

Özbəkistan təbii fəlakətlərdən sığortalanma üzrə milli strategiya hazırlayır

by yunus
0 comments 0 views 2 minutes read

Özbəkistan Dünya Bankı ilə birlikdə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təbii fəlakətlərdən sığortalanma üzrə milli strategiya hazırlayır.

BBN.az xəbər verir ki, bu barədə məlumatı Bakıda keçirilən Türk Dövlətləri InsurTech Sammiti 2025 çərçivəsində Özbəkistanın Perspektiv Layihələr üzrə Milli Agentliyinin Sığorta sənayesində bazar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması şöbəsinin müdiri Uluqbek Xasanov verib.

Onun sözlərinə görə, Özbəkistanda 35 sığorta təşkilatı fəaliyyət göstərir: 28-i qeyri-həyat sığortası, 6-sı həyat sığortası və 1-i təkrarsığorta üzrə ixtisaslaşıb. Bundan əlavə, 12 sığorta brokeri, 7 aktuari və 3 mindən çox sığorta agenti, eləcə də Zəmanətli Sığorta Ödənişləri Fondu fəaliyyət göstərir. Bu ilin birinci yarısının yekunlarına görə, Özbəkistanın sığorta bazarı sabit artım tempini qoruyub saxlayıb. Sığorta haqlarının ümumi məbləği 500 milyon ABŞ dollarına çataraq 146 faiz artım göstərib, sığorta ödənişləri isə 100 milyon ABŞ dollarına yüksələrək 119 faiz artıb. Daimi sığorta müqavilələrinin sayı 12 milyon ədədə çatıb, ümumi investisiyalar isə 700 milyon ABŞ dollarına yüksələrək 140 faiz artım göstərib.

Uluqbek Xasanov qeyd edib ki, xüsusi diqqət təkrarsığorta fəaliyyətinin inkişafına yönəldilir, çünki bu sahə maliyyə dayanıqlığının və risklərin strateji qorunmasının əsas alətlərindən biridir. Bu ilin may ayında Özbəkistan Prezidentinin fərmanı ilə ölkədə ilk milli təkrarsığorta şirkəti təsis edilib. Onun yaradılması daxili sığorta tutumunun və maliyyə potensialının gücləndirilməsi baxımından mühüm addımdır. Xaricə yönəldilən təkrarsığorta əməliyyatları əsasən Rusiya, Çin, Böyük Britaniya və Küveyt üzrə diversifikasiya olunmuş şəkildə paylanır. Bazarın ümumi artımı innovativ sığorta həllərinin tətbiqi, dövlət tənzimlənməsinin gücləndirilməsi və rəqəmsal texnologiyaların inkişafı ilə izah olunur.

Sığorta bazarının rəqəmsallaşdırılması, şəffaflığın və effektivliyin artırılması çərçivəsində yeni rəqəmsal həllər tətbiq edilir. Bu həllər sığorta müqavilələrinin qeydiyyatı, sığorta prosesləri və elektron ödənişlərin həyata keçirilməsini Agentliyin vahid avtomatlaşdırılmış sistemləri vasitəsilə təmin edir. Qlobal “Sığorta və risklərin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı” layihəsi çərçivəsində sığorta bazarının və risk maliyyələşdirilməsinin transformasiyasına yönəlmiş tədbirlər görülür. Agentlik mərhələli şəkildə riskə əsaslanan “Solvency II” yanaşmasını milli sığorta bazarında tətbiq edir. Bu yanaşma risklərin daha səmərəli idarə olunmasına, sığorta bazarının sabitliyinin və potensial təhdidlərə qarşı dayanıqlığının gücləndirilməsinə imkan yaradır.

Bütün bunlar göstərir ki, son illərdə Özbəkistanda dövlət sığorta bazarının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir. Agentlik eyni zamanda effektiv və balanslaşdırılmış hüquqi mühitin formalaşdırılması üçün normativ-hüquqi aktların hazırlanması və tətbiqi istiqamətində addımlar atmaqdadır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.