Home » Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

by Aytac
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi rayon (şəhər) İcra  Hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlıqda yeni “Avtoklaster” layihəsinə başlayır.

Layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq.

Layihəyə ilkin mərhələdə Oğuz rayonunda başlanacaq. Rayonda özünüməşğulluq proqramına cəlb edilmiş  bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti”, ”Avtoelektrik – Kondisioner təmiri”,  “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur.

Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.

Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər.

Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.