Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank” IPO-ya çıxır: Səhmlərin qiyməti 55 manat müəyyən edilib - BBN

“PAŞA Bank” IPO-ya çıxır: Səhmlərin qiyməti 55 manat müəyyən edilib

Calculator, Currency, Financial Figures, Number, Document

“PAŞA Bank” ASC gələn ay Bakı Fond Birjası QSC-də yerləşdirməyi planlaşdırdığı yeni səhmlərin ilkin qiymətini müəyyən edib.

Bankdan verilən məlumata görə, səhmlərin qiyməti nominal dəyərdən (20 manat) 2,75 dəfə yüksək – 55 manat təşkil edəcək.

IPO çərçivəsində 932 926 ədəd adi, adlı səhmin abunə yazılışı aprelin 13-də başlayacaq və mayın 12-dək davam edəcək. Səhmləri yalnız fiziki şəxslər deyil, həm də hüquqi şəxslər əldə edə biləcəklər.

Səhmlərin alınması PAŞA Kapital İnvestisiya Şirkəti QSC, ABB və digər tərəfdaş platformalar, mobil tətbiqlər, eləcə də “PAŞA Bank”ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Bundan əlavə, investorlar “PAŞA Bank” və “Kapital Bank” ASC-nin filial şəbəkəsi üzərindən də alış həyata keçirə bilərlər.

Minimum alış məbləği 1 səhm olaraq müəyyən edilib. Abunə dövründə əvvəlcədən ödənilmiş vəsaitlərə illik 5 % gəlir hesablanacaq.

Yerləşdirmə tam baş tutacağı təqdirdə, Bankın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Bu halda yeni investorlar Bankın ümumi səhmlərinin 5 %-nə sahib olacaqlar.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı