Home » “PAŞA Bank” müştəriləri üçün onlayn biznes kredit xətti sərfəli kampaniya ilə yeniləndi

“PAŞA Bank” müştəriləri üçün onlayn biznes kredit xətti sərfəli kampaniya ilə yeniləndi

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəriləri üçün onlayn biznes kredit xətti məhsulunu yenidən təqdim edib.

Belə ki, müştərilər 6 ayadək biznes kreditini komissiyasız əldə edə biləcəklər. Sentyabr ayının 30-dək davam edəcək bu kampaniya çərçivəsində müştərilərə maksimal olaraq 250 000 AZN kredit təqdim olunacaq.

Qeyd edək ki, avtomatik yenilənə bilən biznes krediti tamamilə onlayn surətdə təqdim olunur. “PAŞA Bank” müştəriləri girov təqdim etmədən, 1 iş günü ərzində verilən onlayn biznes kreditindən faydalana, beləliklə də zamanlarına qənaət edərək, bütün diqqətlərini bizneslərinin genişləndirilməsinə yönəldə bilərlər.

Məhsullar haqqında daha ətraflı məlumat əldə etmək və müraciəti yönləndirmək üçün keçid: https://pshb.az/4492Wi5

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.