Home » “PAŞA Bank” vətəndaşları dələduzlara qarşı diqqətli olmağa çağırır

“PAŞA Bank” vətəndaşları dələduzlara qarşı diqqətli olmağa çağırır

by ulviyya
0 rəy 4 baxış 3 dəqiqə oxuma

Son zamanlar sosial şəbəkələr üzərindən Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” adından istifadə edilərək maddi maraq qarşılığında işə düzəltmə, investisiya imkanları, müalicə ianələri və digər bu kimi mövzular ilə bağlı saxta məlumatlar paylaşılır.

“PAŞA Bank” vətəndaşlara bu paylaşımlara inanmamağı, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və şəxsi məlumatlarını bölüşməməyi tövsiyə edir.

Nəzərə çatdırırıq ki, vətəndaşlar “PAŞA Bank”a aid olan məlumatları əldə etmək üçün yalnız bankın rəsmi informasiya mənbələrinə etibar edə bilərlər.

“PAŞA Bank”a aid olan rəsmi veb-saytlar:

“PAŞA Bank”a aid olan rəsmi sosial şəbəkə hesabları:

“Facebook”

“Instagram”

“LinkedIn”

Digər sosial şəbəkələr:

“PAŞA Bank”ın rəsmi veb-saytı və sosial şəbəkə hesabları kimi təqdim olunan istənilən hər hansı digər internet resursları saxtadır və onların banka heç bir aidiyyəti yoxdur.

Bank vətəndaşlarımızı diqqətli olmağa, bu cür saxta elanlara və məlumatlara inanmamağa çağırır və aşağıda sadalanan tövsiyələrə riayət etməyi xahiş edir:

– “PAŞA Bank”ın rəsmi loqotipi, rəsmi təmsilçilərinin şəkillərini istifadə edən, lakin yuxarıda sadalanan mənbələrə aid olmayan internet resurslarına etibar etməyin;

– Şübhəli mənbələrdə rastlaşdığınız mesajların tərkibindəki keçidlərə daxil olmayın, bank və digər şəxsi məlumatlarınızı daxil etməyin;

– Elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olun və bank kartlarında olan məlumatları qarşı tərəfə təqdim etməyin.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.