

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasının tərkibində növbəti dəyişikliklər baş verib.
BBN.az xəbər verir ki, Rövşən Şamil oğlu Allahverdiyev “PAŞA Bank”ın Müşahidə Şurasının sədri təyin edilib.
O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub.
Qeyd edək ki, Rövşən Allahverdiyev “PAŞA Holdinq”in Baş İcraçı Direktorun Müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.
Bundan başqa, “Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib. O bu vəzifədə Rövşən Allahverdiyevi əvəzləyib.