Home » «PAŞA Bank»ın səhmlərinin 5%-i əhaliyə satılacaq

«PAŞA Bank»ın səhmlərinin 5%-i əhaliyə satılacaq

by Zeyneb
0 comments 11 views 1 minutes read

Azərbaycanın aparıcı banklarından olan “Paşa Bank”ın səhmlərinin bir hissəsi İlkin Kütləvi Təklif (IPO) üsulu ilə investorlara təqdim olunacaq.

BBN.az FED.az-a istinadən xəbər verir ki, bankın kapitalının 5 %-i həcmində – 932 926 ədəd səhm əhaliyə satılacaq.

Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, səhmlərin satışında əsas məqsəd maliyyə dayanıqlılığının gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına dəstək verməkdir.

Qeyd edək ki, 2025-ci ildə “Paşa Bank”ın xalis mənfəəti azalıb. Bank ötən ili 148 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 62 milyon manat və ya 30 % azdır.

Xatırladaq ki, ölkədə səhmlərini əhaliyə təklif edən ilk bank Azərbaycan Beynəlxalq Bankı olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.