Home » “PAŞA Sığorta” 20 illik yubileyini qeyd edir

“PAŞA Sığorta” 20 illik yubileyini qeyd edir

by Zeyneb
0 comments 0 views 2 minutes read

“PAŞA Sığorta” fəaliyyətinin 20 illik yubileyini qeyd edir.

Bunu “PAŞA Holding”in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib.

Onun sözlərinə görə, şirkətin hekayəsi 2006-cı ildə “PAŞA Sığorta”nın təsis edilməsi ilə başlayıb. Həmin vaxtdan etibarən şirkət Azərbaycan sığorta bazarında fəaliyyətini genişləndirərək aparıcı iştirakçılardan birinə çevrilib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına töhfə verib.

Qeyd olunub ki, son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirib.

Bildirilib ki, fəaliyyət dövrü ərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət təsir göstərib və onların çətin anlarında maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.

“PAŞA Sığorta”nın baş icraçı direktoru Niyaz İsmayılov bildirib ki, şirkətin inkişaf strategiyasının əsasını müştəriyönümlülük prinsipi təşkil edir.

“20 il ərzində “PAŞA Sığorta”nın inkişaf strategiyasının əsasını müştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizin ehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyata keçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellekt və data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqi sayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan və effektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanın imkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyər yaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqla doğrultmaqdır”, – deyə o qeyd edib.

Hazırda “PAŞA Holding”ə daxil olan “PAŞA Sığorta” 700 minə yaxın korporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Şirkətin beynəlxalq reytinqlərinə gəlincə, “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı reytinqini isə “B++”, proqnozunu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, “PAŞA Sığorta” yarandığı ilk gündən sosial layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirir. Uşaqların təhsili, ölkə idmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunması istiqamətində layihələr şirkətin sosial fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Bununla yanaşı, şirkət qlobal və ölkə gündəminə uyğun olaraq sosial fəaliyyətlərini aktual mövzulara uyğunlaşdırır. Pandemiya dövründə səhiyyə işçilərinə dəstək göstərilməsi, Kubadan peşəkar həkimlərin Azərbaycana cəlb edilməsi, eləcə də Vətən müharibəsindən təsirlənən ailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyata keçirilməsi buna nümunədir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.