Baxmayaraq ki, bank iflaslarının maliyyə bazarlarına təsirləri var, amma 2023-cü ildə Bitcoin-in qiyməti artım nümayiş etdirib. İnvestorlar isə rəqəmsal valyutanın gələcək qiyməti ilə bağlı proqnozlara fokus olublar.
BBN.az Finbold.com-a istinadən xəbər verir ki, AR əsaslı CoinCodex-də yer alan məlumata əsasən xristianların bayramı “Müqəddəs Pasxa bayramı”nda (aprelin 9-u) bitcoin-in qiyməti 27.845 dollara ticarət ediləcək.
Qeyd edək ki, mövcud proqnoz isə martın 19-da elan edilib və əlavə edilib ki, bayrama qədər isə rəqəmsal valyutanın qiymətində durğunluq müşahdə ediləcək. Bildirək ki, daha öncə Finbold AR əsaslı digər bir platforma olan CoinPriceForecast-a istinadən bildirirdi ki, 2023-cü ilin sonunda qiymət 30.000 dollara çata bilər. Hazırda isə rəqəmsal valyuta 27.099 dollara ticarət etməkdədir.