Home » “PayPal” daha bir şirkəti tərkibinə qatır

“PayPal” daha bir şirkəti tərkibinə qatır

by bbnadm
0 comments 0 views 0 minutes read

ABŞ mərkəzli “PayPal” holdinqi Yaponiyanın ödəmə texnologiyaları üzrə ixtisaslaşan “Paidy” şirkətini satın alacaq. 345 milyard dollar bazar kapitalizasiyasına malik olan holdinq bu satınalma üçün  2.7 milyard dollar (300 milyard yen) ödəyəcəyini açıqlayıb.

“PayPal” şirkətinin prezidenti mətbuata açıqlamasında “Paidy” şirkətinin oktyabr ayından etibarən “PayPal”ın tərkibinə keçəcəyini və bununla da holdinqin Yaponiyada e-kommersiya fəaliyyətlərinin gəlirliliyinin kəskin artacağını vurğulayıb. Qeyd edək ki, Yaponiya dünyanın ən güclü iqtisadiyyatlarından biri olsa da, ölkə daxilində tranzaksiyaların 70%-i nağd pul ilə həyata keçirilir. Bu isə, “PayPal” şirkətinin ölkədə e-kommersiya fəaliyyətlərinə başlaması üçün güclü potensialın olmasının göstəricisidir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.