Home » Sosial sahədə yeni elektron xidmətlər və e-təyinat sistemləri yaradılır

Sosial sahədə yeni elektron xidmətlər və e-təyinat sistemləri yaradılır

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə daha 56 e-xidmət istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalına yerləşdirilmiş xidmətlərinə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına isə 6 milyon 850 minə yaxın müraciət qeydə alınıb. Bu dövrdə sosial təminat növləri (pensiya, müavinət, təqaüd) üzrə 130 minə yaxın təyinat və 93 minədək işçiyə sosial sığorta nömrəsinin (SSN) açılması e-qaydada, proaktiv formada yerinə yetirilib. Vətəndaşlara Nazirliyin fəaliyyət sahələri üzrə bu ilin 8 ayında e-qaydada 430 minə yaxın arayış verilib.

Bu barədə qurumun fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi proqramının icrası işlərinə və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahəsində aparılan islahatların mühüm bir istiqaməti bu sahələrdə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ, daha əlçatan, vətəndaş rahatlığı prinsipinə uyğun qurulmasıdır. Son illərdə bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub, bir çox yeni e-xidmətlər istifadəyə verilib. Hazırda Nazirliyin xidmətlərinin 105-i və ya 3-də 2-si elektron müstəvidə göstərilir.

Nazir həmçinin 44 xidmətin elektron infrastruktur üzərindən proaktiv şəkildə göstərildiyini deyib. Bu xidmətlər vasitəsilə vətəndaşların hüquqları yarandığı vaxtda müraciətləri olmadan onlara müvafiq təyinatlar həyata keçirilir.

Nazirliyin fəaliyyət sahələri üzrə 30 növ e-arayış xidməti də vətəndaşların istifadəsindədir. 31 qurumla informasiya bazalarının inteqrasiyası  təmin olunub. Həmin qurumlar tərəfindən son 8 ayda  Nazirliyin informasiya bazalarına edilmiş sorğu sayı 86 milyon üzərində olub.

Nazirlik üzrə daha 56 xidmət elektronlaşdırılır. Bu e-xidmətlər işə salındıqdan sonra Nazirlik üzrə xidmətlərin artıq 94 faizi elektronlaşmış olacaq.

İclasda E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov  və İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Fərid Zeynalovun təqdimatları dinlənilib.

Yeni e-xidmət və e-təyinat sistemlərinin, altsistem və reyestrlərin, sosial sahədə Vahid İnformasiya Sisteminin, e-DOST platformasının yaradılması, “e-Arayış” sisteminin, habelə mövcud altsistemlərin (əmək müqaviləsi bildirişi, sosial ödənişlər, pensiya, sığorta, əlillik və s. üzrə altsistemlər)  təkmilləşdirilməsi və fuksional imkanlarının artırılması, İT sahəsində korporativ idarəçiliyin təkmilləşdirilməsi, təhlükəsiz və dayanıqlı informasiya infrastrukturunun inkişaf etdirilməsi sahələrində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.