Home » “PayPal” sosial media tətbiqetməsini satın almaq istəyir

“PayPal” sosial media tətbiqetməsini satın almaq istəyir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Ödəniş sahəsində fəaliyyət göstərən maliyyə texnologiyaları nəhəngi “PayPal” bazar payını artırmaq üçün daha bir satınalma həyata keçirməyi planlaşdırıb. Belə ki, “Bloomberg”in əldə etdiyi məlumata görə, Kaliforniya mərkəzli şirkət beynəlxalq sosial media tətbiqetməsi “Pinterest”i tərkibinə qatmaq üçün 39 milyon dollarlıq təklif irəli sürüb. Bu isə, “Pinteres Inc” şirkəti üçün səhmbaşına 70 dollar məbləğində dəyərləndirilir.

Sözügedən təklifin ictimaiyyətə mətbuata sızması şirkətlərin səhm bazarında mövqelərinə də təsirsiz ötüşməyib. Beləliklə, “PayPal” şirkətinin səhm dəyəri 5% azalaraq 258 dollar, “Pinterest” şirkətinin səhm dəyəri isə 11% artaraq 62 dollar səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, “PayPal” bundan əvvəl “Paidy” şirkətini 2.6 milyard dollara və “Honey” şirkətini 4 milyard dollara satın alaraq tərkibinə qatıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.